"Qarabağ"a 0:3 hesabı ilə uduzaraq Avropa Liqasında ardıcıl üçüncü məğlubiyyətini yaşayan "Olimpiakos"un futbolçusu Pape Abu Sisse ötən gecə daha bir kabus yaşayıb.
Fanat.Az xəbər verir ki, oyunu stadiondan izləyən 27 yaşlı müdafiəçinin həyat yoldaşı tribunada huşunu itirib.
Bu barədə "MyNews.gr" portalı eksklüziv məlumat yayıb. Həm performansına, həm də əvəzləndikdən sonra etdiyi hərəkətə - azarkeşləri söydüyünə görə təhqirlərə məruz qalan Sissenin xanımı təzyiqlərə və gərgin atmosferə dözə bilməyib və huşunu itirib. O, dərhal təcili yardım maşını xəstəxanaya çaıdırılıb. Xoşbəxtlikdən xanım Sisse bir müddət sonra ğzünə gəlib.
Mirağa