Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, eyni gündə tatamı üzərinə çıxan bacı və qardaş qızıl medal qazanıb.
Yarım saatdan az intervalla çempionluq yaşayan Yaponiya təmsilçiləri öz çəkilərində hegemonluğu davam etdiriblər. 22 yaşlı Uta Abe qadınların 52 kiloqram, ondan üç yaş böyük olan Hifumi isə kişilərin 66 kq çəki dərəcəsində hamıdan güclü olub.
Bu, Abelərin eyni gündə çempionluq yaşadığı birinci hadisə deyil. Onlar ilk dəfə dörd il əvvəl Bakıda keçirilən mundialda belə nailiyyət əldə ediblər. Ardınca idmançılar Tokio Olimpiadasında da bir gündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.