Futbol üzrə Azərbaycan millisinin sabiq kapitanı, "Zirə"nin hazırkı baş məşqçisi Rəşad Sadıqov yığmamızın baş məşqçi vəzifəsində Canni De Byazinin saxlanılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bununla bağlı sualı belə cavablandırıb:
"Baş məşqçi olmasaydım, rahatlıqla şərh verərdim. İnid aktiv məşqçiyəm və fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan deyiləm, həmişə səmimi və dürüst cavab verməyə çalışmışam. Belə qərar verilib. Maksimum çalışacağıq ki, ona dəstək olaq".
Emin