Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 1 bürünc medalla başa vurub.
Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə fəxri kürsüyə yüksəlib. 44 kq çəki dərəcəsində mübarizə aparan idmançı estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda İspaniya təmsilçisinə uduzub. d
Beləliklə, Həsənzadə 3-cü yerlə kifayətlənib.