“Səbail” Misli Premyer Liqanın IX turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Mahmud Qurbanov matçdan sonra baş tutan mətbuat konfransında görüşü dəyərləndirib:
“Gərgin oyun keçdi. Bu qələbə bizim üçün vacib idi. Rəqibə də həmçinin. Matça pis başlamadıq. İlk hissədə bərabər səviyyəli oyun izlədik. Hesabı açan tərəf komandamız oldu. Yaxşı hücumlarımız var idi. Məcburi oyunçu dəyişikliyi etməli olduq. Ruslanı meydana buraxaraq hücumda xəttimizdə dəyişiklik etdik. İkinci hissədə top daha çox rəqibdə olmasına baxmayaraq, müdafiədə səhvə yol vermədik. Rəqibə qol imkanı tanımadıq. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə hesab arasındakı fərqi artırmaq üçün qol imkanlarımız oldu. Təəssüf ki, rəqibin qapıçısı yaxşı oyun göstərdi. Bu qələbə bizə lazım idi. Oyunçular bunun üçün əllərindən gələni etdilər. Komandadan razı qaldıq. Nəticə olanda təbii ki, komandada əhvali-ruhiyyə də yaxşı olur”.