Futbol üzrə İsveçrə çempionatında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sürix təmsilçisi öz meydanında “Sion”la 4:4 hesablı heç-heçə edib.
Renatın adı bu qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
10 tura 14 xal toplayan “Qrasshopper” turnir cədvəlində 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.