Sabah Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində “Neftçi”nin qonağı olacaq "Xəzər Lənkəran" hazırlığını başa vurub. Fanat.az xəbər verir ki, artıq üç gündü paytaxtda məskunlaşan Lənkəran Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda keçirdiyi məşqləri bu gün yekunlaşdıraraq oyun saatını gözləyir.
Rasim Ramaldanov, Tural Cəlilov və Tyeqonun zədəsi olsa da, hər üç futbolçunun komanda ilə birgə məşq edir. Qeyd edək ki, Rasim həm də sarı vərəqə cəzalısıdı. Tyeqonun "Neftçi" matçında oynaması gözlənilsə də, Cəlilov meydana çıxmayacaq.
Fanat.az