16:35 09.10.2022 556

Tahir Süleymanov millinin perspektivləri haqda: \"Yenə ağlaşma qurulacaqsa...\"

Bu gün Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Dördüncü səbətdən atılan və F qrupunda yer alan təmsilçimiz Belçika, Avstriya, İsveç və Estoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Fanat.Az-a açıqlamasında seçməmizin qrup perspektivlərini dəyərləndirib:

"Qrupa daha çox ölkə futbolunun mövcud durumu baxımından qiymət verilməlidir. İllərdi dünya və Avropa seçmələri üçün püşkatmalar müzakirə edilir. Müstəqillik dövrümüzdəki futbol iki mərhələyə bölünməlidir. Son 15 ildə yaradılan şəraitə uyğun Azərbaycanın qarşısında minimum bir vəzifə olmalı idi - final mərhələsinə vəsiqə! Dövlətin, xalqın milyonlarla vəsaiti qarşılığında bərbad futbol idarəçiliyi, məğlub psixologiyanın aşılanması, iddiasızlıq hazırkı vəziyyəti şərtləndirib. Millətlər Liqasındakı püşkatmadan sonra qalib ruhda oyunlara hazırlaşmaq əvəzinə gecə-gündüz Slovakiya tərifləndi, Qazaxıstan Asiyadan gəlib ötüb keçdi. İndi Belçika, Avstriya, İsveçdir. AFFA-dakılar Estoniya ilə "nəfəs almağa" çalışacaq, estonlar da millimizi hədəfə alacaq. Futbolda inkişaf olmasa da, federasiya başbilənləri uzunömürlü, "səmərəli" fəaliyyətləri ilə püşkatma mərasimlərində iştiraka görə rekord vurublar. Belə durumda nəyə ümid etmək olar?! Sabaha ümid o vaxt olar ki, futbol təsərrüfatında köklü dəyişikliklər baş versin və futbolu bilməklə yanaşı, milli ruhu olan insanlara şərait yaradılsın.

Ürəkaçan olmayan vəziyyət yaradılsa da, "Qarabağ"ın sayəsində əksər milli futbolçularda qələbə mentallığı formalaşıb artıq. Avropanın aparıcı futbol ölkələri klubları ilə bərabər səviyyəli mübarizə, son qrup oyunlarında möhtəşəm qələbələr sayəsində beynəlxalq aləmdə Azərbaycan müsbət futbol imici formalaşmaqdadır. Paralel olaraq, bunun davamını digər iddialı klublarımız, eyni zamanda milli komanda gətirməlidir. Klub səviyyəsində legioner futbolçular önəmli rol oynasalar da, yerli oyunçular püxtələşiblər, ustalıq səviyyələri, özünəinamları artıb.

Milliyə gəlincə, milliləşdirilmiş futbolçuların sayı meydana çıxan klub legionerlərindən az deyil. Uğursuzluq fonunda belə müqayisələr bəhanə olmamalıdır. Yenə əvvəlki illərdəki kimi ağlaşma qurulacaqsa, nəinki nəticə, heç bir ciddi irəliləyiş baş verməyəcək. Rəqiblər, əsasən də Avstriya, Isveç millimizlə oyunlara ciddi yanaşmalıdır, artıq ənənə halını alıb, hər dəfə iddialı yığmalardan biri millimiz tərəfindən sıradan çıxarılır.

Azərbaycan rəqiblərin gücündən asılı olmayaraq çəkinmədən hər oyuna qələbə üçün çıxmalıdır. Bu inamın, ruhun futbola, yaşıl meydanlara gətirilməsi üçün illərdi rahat "kreslolar"ı zəbt edərək məkrli niyyətlərini, məqsədlərini həyata keçirənlər - ağlaşma quranlar, meydana çıxmadan məğlubiyyəti qəbul edənlər birdəfəlik bu sahədən yox edilməlidir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

22:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X