"Qarabağ"ın mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina uzun fasilədən sonra yaşıl meydana qayıdıblar.
Fanat.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Avropa Liqasının "Sürix"lə oyununda zədələnən hər iki oyunçu "Qəbələ" ilə hazırda davam edən matçın start heyətində yer alıb.
Beləliklə, Medvedevlə Medina bu mövsüm Misli Premyer Liqasında debüt oyununa çıxıblar.
Mirağa