Misli Premyer Liqanın IX turunda keçirilən "Qəbələ" - "Qarabağ" matçı qonaq koşandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev matçdan sonra baş tutan mətbuat konfransında görüşü dəyərləndirib:
"Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ"ın gücü hər kəsə bəllidi, çempionatın aşkar favoritidir. Layiqli mübarizə apardıq. Xal qazanmasaq da, komandadan razı qaldım.
İlk hissənin ortalarından qırmızı vərəqə alırsansa, açıq oynamaq olmur. Deməzdim ki, İlkin Qırtımov qırmızı vərəqə aldığı epizodda məsuliyyətsizlik etdi.
Heyətlə bağlı sıxıntımız var idi. Asif Məmmədov özünü rahatsız hiss etdiyi üçün onunla bağlı risk etmək istəmədik. Felipe Santosun zədəsi var idi, "Səbail"lə oyundan sonra komanda ilə cəmi bir məşq etmişdi. Maçadonun da zədəsi var".
Mirağa