19:41 09.10.2022 752

"Referi dedi ki, baxmaq olmaz" - Qurban Qurbanov

Misli Premyer Liqasının IX turunda baş tutan “Qəbələ” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən ənənəvi mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, öncə matç barədə fikirlərini açıqlayıb:

- Futbolçularımı təbrik edirəm. Bu ərəfələr ən vacib 3 xalımızdan biri idi. Komandada bir az narahatlıq var idi. Səfərdən sonra tam özlərinə gləməmişdilər. Bunun şahidi olduq. Çox əziyyət çəkdilər. Bəzən istədikləri alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar. “Qəbələ”yə uğurlar arzulayıram.

- Leandro Andradenin vəziyyəti necədir?
- Böyük ehtimalla, əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq.

- Qırmızı vərəqə epizodunda hakimə nəsə dediniz...
- Yox. Sadəcə, baxmaq istəyirdim.

- Belə təəssürat yarandı ki, qırmızı vərəqə verilməsini istəmirdiz...
- Daha hakimlərin işinə qarışmayacağam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim.

- Uzun fasilədən sonra meydanda olan Kevin Medina və Maksim Medvedev dueti necə təsir bağışladı? Qarşıdakı matçda meydana çıxa biləcəklər?
- Ümumən yaxşı çıxış etdilər. Amma oyun ritmində çatışmazlıq hiss olunurdu. Uzun fasilədən sonra çətindir. Amma sona kimi meydanda oyunu idarə edə bildilər. Bu, çox vacib idi. Rəqib azlıqda qalandan sonra daha rahat oldu. Bir neçə günümüz var. Hazırlıq səviyyələrinə görə qərar verəcəyik.

- Qarşıda “Olimpiakos”la oyun var. Ev matçı barədə nə düşünürsüz?
- Xüsusi bir fikrimiz yoxdur. Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edəcəyik. Gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq.

- Oyun sistemində dəyişiklik olacaq?
- Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik.

- Qara Qarayevin De Byazi ilə bağlı problemləri aydın idi. Maksim Medvedev də taktika ilə bağlı açıqlama verdi. Hər iki oyunçunun “Qarabağ”ın üzvü olması müzakirələrə səbəb olub...
- Hər ikisi həm də millinin futbolçusudur. Qəribə bir şey görmürəm. Milli haqqında fikir bildirmirəm. Öz aralarında olan diskusiyadır. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur.

- Çoxları düşünür ki, “Qarabağ”a ölkədə rəqib yoxdur. Siz nə fikirləşirsiz?
- Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu istəyənlər çoxdur. İndidən nəsə demək olmaz. Hər kəsə bizə inandıqları üçün təşəkkür edirəm.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

Facebookdan bizi izləməyi unutmayın.
X