Futbol üzrə Yunanıstan çempionatında 7-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
Pirey təmsilçisi səfərdə OFİ-ni 2:1 hesabı ilə yenib.
40-cı dəqiqədə meydan sahibləri Andreas-Rixardos Ntoinin avtoqoluna seviniblər. Lakin 58-ci dəqiqədə Qarri Rodriges tarazlığı bərpa edib. 81-ci dəqiqədə isə Sedrik Bakambu komandasının qələbə qolunu vurub.
7 turdan sonra 14 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Olimpiakos”u oktyabrın 6-da Yunanıstanda baş tutan qarşılaşmada 3:0 hesabıyla yenib. Tərəflərin ikinci dueli oktybarın 13-də Bakıda baş tutacaq.