"Roma" ulduz futbolçusu Paulo Dibalanı itirib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Joze Mourinyu "Leççe" ilə oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərə məlumat çatdırıb.
Portuqaliyalı çalışdırıcı yarımmüdafiəçinin ağır zədə aldığını və 2022-ci ildə bir daha oynamayacağını açıqlayıb: "Dibala komandaya penaltidən qələbə qazandıran qolu vurarkən özünü zədələyib. Düşünürəm ki, bu, çox pis zədədir. Mən həkim deyiləm, amma təcrübəmə və Paulo ilə danışığımızıa əsasən deyə bilərəm ki, o, 2022-ci ildə bir daha oynaya bilməyəcək".
Qeyd edək ki, "Roma" evdə "Leççe"yə 2:1 hesabı ilə qalib gəlib. Dibala 48-ci dəqiqədə penaltidən komandasının 2-ci qolunu vurduqdan sonra əvəzlənib.
Mirağa