16:03 10.10.2022 280

\"Cüdoçularımızdan belə zəif nəticə gözləmirdim\" - Açıqlama

"Hidayət uduzduğu görüşdə öz səhvinin qurbanı oldu".

Bunu Fanat.Az-a açıqlamasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov yetirməsinin çıxışı barədə danışarkən deyib. 

80 yaşlı mütəxəssis "bürünc"ü Hidayət üçün uğurlu nəticə hesab edir:

"Hidayət artıq üçüncü dəfədi dünya çempionatının medalçısı olur. Bu, onu göstərir ki, idmançı xarakterli, stabildir. İtaliyalı Manuel Lombardo kifayət qədər güclü cüdoçudur, amma Hidayətin uda biləcəyi adamdır. Sadəcə, öz səhvinin qurbanı oldu. Mən əminəm ki, Lombardonu keçsəydi, ən azından finala kimi irəliləyəcəkdi. Çünki yarımfinaldakı Monqolustan cüdoçusu Tsoqbatar Hidayətin vaxtilə udduğu rəqibdir. Doğrudur, həmin qələbə Hidayətə asan başa gəlməmişdi. Amma fiziki göstəricilərinə görə Lombardodan onu daha münasib rəqib sayıram Hidayət üçün. Loru dildə deyim, Lombardo "bərk" idmançıdır, monqol daha "yumşaq". Hidayət belə rəqiblərlə daha rahat mübarizə aparır".

Əməkdar məşqçi digər yetirməsi Məmmədəli Mehdiyevin uğursuzluğuna belə münasibət bildirib:

"Məmmədəli ilk mərhələdəcə çox çətin idmançı ilə qarşılaşmalı oldu. Bərabər döyüş getdi, sadəcə, "qızıl xal"da qarşılıqlı fəndə cəhddə rəqib daha hissiyyatlı oldu. Kristian Parlatinin sonradan finala çıxması da onun nə dərəcədə güclü rəqib olduğunu göstərdi. Təəssüf ki, cüdonun qaydalarına görə 1/4-dən tez uduzan idmançı heç bir halda bürünc üçün mübarizə apara bilmir".

Qocaman məşqçi ümumilikdə geridə qalan 6 gün ərzində yığmanın çıxışı barədə də fikirlərini bölüşüb. O, millinin almaniyalı baş məşqçisi Riçard Trautmana vaxt verilməsini məqsədəuyğun sayır:

"Baş məşqçi altı aydan bir az çoxdur ki, təyin olunub. İstər məşq prosesində, istər yarış vaxtı müsbət məqamlar gördüm. Uşaqların ne-vazada işləməyə üstünlük verməsi istənilən halda yaxşı məqamdır. Bunadək bizdə "parter"də bircə Hidayət özünü göstərib. Bu da onda ta əvvəldən olub. Bu, cüdoçudan yüksək güc, hissiyyat tələb edən məsələdir. Digər cüdoçularımız çox nadir hallarda yerdə uğur qazana biliblər. Son aylarda digərlərində də bir neçə yaxşı cəhd müşahidə eləmişəm. Getdikcə daha da təkmilləşdirəcəklərinə inanıram. 

Dünya çempionatı həqiqətən çox çətin yarışdır. Bu, dövrü turnirlərə qətiyyən bənzəmir. Amma istənilən halda, biz də komandamızın gücünə inanırdıq,  cüdoçularımızdan belə nəticə nəticə gözləmirdik. Bu günədək bir bürünc medal uğursuzluqdur. Yəqin ki, çatışmazlıqlar üzərində işlər aparılacaq".

Qeyd edək ki, dünya çempionatında çıxışını başa vuran 10 Azərbaycan cüdoçusundan yalnız Hidayət Heydərov (73 kq) medal qazanıb. Sabah son təmsilçimiz Zelim Kotsoyev (100 kq) mübarizəyə qoşulacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Aprel 2024
01:01

ÇL: PSJ və "Borussiya" yarımfinalda

16 Aprel 2024
20:30

Amrabat İtaliyaya qayıdacaq - "Fiorentina"ya yox, bu kluba

19:18

Laporta Xavini saxlaya biləcəyinə inanır

18:40

"Xabi Alonso "Real"ın baş məşqçisi olacaq" - "Bayer"in idman direktoru açıqladı

18:05

"Real"dan qorxmuruq" - Pep Qvardiola

17:56

"Bayern Münhen" forvardını satmağa hazırdır

17:33

"Verder" Keytanı heyətdən kənarlaşdırdı - SƏBƏB

17:14

"İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın" - "Araz Saatlı" rəsmisi

16:55

Keyn "Bayer Leverkuzen"in çempion olmasına belə reaksiya verdi

16:35

Dadaşov üçün mövsüm vaxtından əvvəl bitdi

16:12

"Qızıl top"a əsas namizədlər bilindi - Foden ikinci, Messi sonuncudur

15:55

"Golden Boy" mükafatı kimə veriləcək? - NAMİZƏDLƏR

15:37

Bataqlıqdan çırtlayan ümid

15:20

"Barselona"dan braziliyalı ulduzu üçün 20 milyonluq "divar"

15:01

Legioner limiti dəyişsə... - Nə itirib nə qazanacağıq?

14:41

Dünya Kuboku: Azərbaycanı təmsil edəcək gimnastlar bəlli oldu

14:20

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

13:52

Musa Qurbanlı İsveçdə növbəti qolunu vurdu

13:31

Almaniyalı dünya çempionu vəfat etdi

13:13

Millinin heyəti açıqlandı

12:54

"Barselona" azarkeşləri PSJ-ni yatmağa qoymadı - FOTO

12:37

Luis Enrike vəd verdi: "Geridönüş edəcəyik!"

12:20

Braziliya klubu romalıların liderini apardı - RƏSMİ

12:11

Simeone "Borussiya" ilə cavab matçından nə gözləyir?

11:54

"Barselona" Rafinyanı bu qiymətə satmağa hazırdır

11:37

Kriştianu Ronaldu diskvalifikasiya ediləcək

11:20

Torqan Hazar ağır zədə aldı - Belçikalı üçün il erkən bitdi

11:03

Azərbaycan millisi Gürcüstanla üz-üzə

10:45

"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

10:24

"Murad Musayev avtoritet məşqçi deyil"

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:43

İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısına uduzdu

09:00

Cəlal oynadı, komandası “Ludoqorets”lə nə etdi?

01:29

"Çelsi" "Everton"a divan tutdu

00:44

"Valensiya"ya 1 qol kifayət etdi

00:30

Sonuncu gündə 2 heç-heçə

00:10

"Qalatasaray" səfərdə darmadağınla qalib gəldi

15 Aprel 2024
22:00

Şeydayevin klubu TFF-nin qərarının ləğv edilməsini istəyir

21:18

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

20:33

"Fərq bundadır" - Pedri PSJ-dən nədə üstün olduqlarını dedi

Facebookdan bizi izləməyi unutmayın.
X