UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçından öncə mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "köhlən atlar" "Azərsun Arena"da, rəqib komanda "Olimpiakos" isə Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.
12 oktyabr
13:00 Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
19:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: “Azersun Arena”
12 oktyabr
17:30 “Olimpiakos”un baş məşqçisi Xose Miçelin mətbuat konfransı
18:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd: Tofiq Bəhramov adına Respublika stadionundan “Azersun Arena”ya jurnalistlərin aparılması üçün klubumuz tərəfindən avtobus ayrılacaq.