Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
ESPN saytı: "Marko Asensio "Barselona"ya keçə bilər".
"İl Bianconero" nəşri: "Arsenal"dan sonra digər Premyer Liqa klubu "Vest Hem" də "Yuventus"un italiyalı yarımmüdafiəçisi Manuel Lokatelli ilə maraqlanır. Əgər "Vest Hem" oyunçunu transfer etmək istəsə, 40 milyon avro ödəməli olacaq".
David De Xea daha bir neçə il "Mançester Yunayted"də oynamağa hazır olduğunu deyib: “Əslində, daha bir neçə il burada çıxış etmək istəyirəm. Beləliklə, gec-tez nə olacağını görəcəyik. Əslində bura mənim çox xoşuma gəlir”.
"Daily Mail" nəşri: "Nyukasl" "Mançester Siti"nin tezliklə yarımmüdafiəçi Brunu Gimarayşla maraqlana biləcəyindən ehtiyyatlanır. 24 yaşlı braziliyalı bu ilin yanvarında "sağ-sağanlar"a qoşulduqdan sonra əhəmiyyətli irəliləyişlər əldə edib. Bu səbəbdən "Nyukasl" futbolçunun maaşını artırmaq niyyətindədir".
"Sky Germany" saytı: "Bayern Münhen" hazırda hücumçu almaq fikrində deyil. Bunun müxtəlif səbəbləri var, onlardan biri də 17 yaşlı hücumçusu Matis Tellin potensialına inanmalarıdır. Harri Keyn alman nəhəngləri üçün maraqlı perspektiv olaraq qalır".
"The Atletic" nəşri: "Midlsbro" Maykl Kerrikə kluba rəhbərlik etməyi təklif edib. Kerrik təklifi qəbul edib-etməyəcəyinə hələ qərar verməyib".
"Ştutqart"ın rəsmi saytı: "Ştutqart"ın baş məşqçisi Pelleqrino Mataratso istefaya göndərilib. O, 2019-cu ildən komandaya rəhbərlik edir və baş məşqçi kimi 100 oyuna çıxıb".
Canluka di Martsio və Fabritsio Romano: "Roma" və İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Daniele De Rossi SPAL-ı idarə etməyə yaxındır. Klub rəhbərliyi əmindir ki, De Rossi komandaya böhrandan çıxmağa və turnir cədvəlində yüksəlməyə kömək edəcək. SPAL hazırda 14-cü yerdə qərarlaşdığı B Seriyasında çıxış edir".
"Le 10 Sport" nəşri: "Nqolo Kante, PSJ-yə keçməyəcək. O, karyerasını "Çelsi"də davam etdirmək istəyir".
Emin Şəmsiyev