Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 5 yarış günü geridə qalıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın mundialda mübarizəyə qoşulan 10 cüdoçusundan yalnız Hidayət Heydərov medal qazana bilib. 73 kiloqram çəki dərəcəsində yer alan cüdoçu bürünc mükafata sahib çıxıb.
Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında 15-ci yerdə qərarlaşıb.
Yaponiya 5 qızıl, 3 gümüş, 2 bürünc medalla liderdir. Monqolustan (1-1-1) ikinci, Xorvatiya (1-1-0) üçüncüdür.
Bu günə kimi mundialda medalları 17 ölkənin idmançıları qazanıb.
Qeyd edək ki, bu gün son təmsilçimiz Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb. O, ilk görüşündə isveçrəli Daniel Eyxi yenib. 24 yaşlı idmançı 1/8 finalda Qazaxıstan cüdoçusu ilə qarşılaşacaq.