Fransanın PSJ klubu maraqlı məsələ ilə bağlı UEFA-ya şikayət edib.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Çempionlar Liqasında "Benfika" ilə görüşü izləməyə gedən fransız qadın azarkeşlərə qarşı hörmətsizlik edilib.
Şikayətdə qeyd olunub ki, Lissabonun "Eştadiu da Luş" stadionunda keçirilən oyundan əvvəl yoxlanışlar zamanı PSJ-nin xanım azarkeşləri təzyiqə məruz qalıblar. Belə ki, stadionun mühafizəçiləri yoxlanış zamanı qadınların intim bölgələrinə toxunublar və bunu təhlükəsizlik yoxlanışının bir qaydası olduğunu deyiblər. Bu davranış qadın azarkeşlər arasında xoş qarşılanmayıb.
Xatırladaq ki, Çempionlar Liqasının III turu çərçivəsində keçirilən "Benfika" - PSJ matçı 1:1 hesabı ilə başa çatıb.
Emin