Dünən Rusiya Ukraynanın bir neçə şəhərinə raket hücumu həyata keçirib.
Fanat.Az xəbər verir ki, bombardman zamanı Ukraynanın futbol əfsanəsi Andrey Şevçenko ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə o, "Instagram" hesabındakı paylaşımında bildirib. Şevçenko qatarda olarkən raketlərin üzərindən uçduğunu və yaxınlıqdakı hədəflərə düşdüyünü bildirib. Qatar dayandırılıb və xoşbəxtlikdən ölən olmayıb:
"Rusiya bu gün doğma torpağımıza 80 raket və 12 kamikadze pilotsuz uçan aparat atıb. Kiyev, Xarkov, Zaporojye, Çerniqov, Sumi, Krivoy Roq, Dnepr...
Mən bu bombardmanla qatardaykən üz-üzə qaldım, mərmi yağışının altında dayandıq. Və o bir neçə saat sanki heç bitməyəcəkdi.
Mən bir şeyi demək istəyirəm: heç bir raket, bomba və ya hücum ukraynalıların əzmini qıra bilməz.
Evləri, bütün küçələri əlimizdən almaq olar, amma ləyaqəti, cəsarəti, azadlıq arzusunu əlimizdən almaq olmaz.
Biz Ukraynanı müdafiə edəcəyik. Kiyevlilərin bu gün metroda etdiyi kimi, biz də atəş altında oxuyacağıq. Qalib gələnə qədər mübarizə aparacağıq".
Mirağa