İngiltərənin “Vulverhempton” klubu ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisinin forvardı Pedro Neto sıradan çıxıb.
O, Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Vest Hem”lə səfər matçında (0:2) zədə alıb. Müayinədən sonra 22 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Portuqaliyalı futbolçunun topuğundan aldığı zədə səbəbindən əməliyyat olunacağı bildirilib.
Portuqaliya yığmasının da üzvü olan oyunçunun bərpa müddəti açıqlanmayıb. Amma onun DÇ-2022-də iştirak etməyəcəyi dəqiqdir.
Mirağa