Erlinq Holandın "Mançester Siti" ilə müqaviləsinin təfərrüatları açıqlanıb.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, norveçli hücumçunun 2024-cü ildən etibarən 200 milyon avro sərbəst qalma məbləği olacaq.
Eyni zamanda, kompensasiya ingilis klubları istisna olmaqla, bütün komandalar üçün işləyir.
Başqa komanda Holandı heyətində görmək istəsə transfer dəyərindən əlavə 200 milyon avro təzminat ödəməli olacaq.
"Real Madrid"in 2024-cü ildə Erlinqi almağa çalışacağı güman edilir.
Emin