Voleybol üzrə kişilər arasında son Azərbaycan çempionatının qalibi “Murov” Polşada avrokubok oyunlarına hazırlığını davam etdirir.
Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun yetirmələri yerli “Jeşov” və “Blektini Ropçitse” klubları ilə üz-üzə gəlib və hər iki qarşılaşmadan 3:0 hesabıyla qalib ayrılıb.
Xatırladaq ki, Murov oktyabrın 19-da və 20-də Çağırış kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə qarşılaşacaq. Matçlar Bakıda keçiriləcək.