"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç yenidən "Yuventus"un maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Nəşrin məlumatına görə, Turin klubu yanvarda futbolçu üçün “qartallar”a 50 milyon avro təklif edəcək. "Yuventus" bu ilin əvvəlində də maraq göstərdiyi serb yarımmüdafiəçiyə əlavə olaraq, 10 milyon bonus ödəməyə də hazırdır.
Mirağa