Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun VI turunun “Zirə-2” – “Araz Naxçıvan” oyununda meydançanın sulanmasının 19 dəqiqə gecikməsi səbəbindən “Zirə-2” komandası 80 manat cərimə olunur (maddə 60);
VI turun “İmişli” – “Səbail-2” oyununda “Səbail-2” komandasının nümayəndəsi oyun öncəsi keçirilən iclasda iştirak etmədiyi üçün komanda 80 manat cərimə olunur (maddə 62.1);
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə komanda 80 manat cərimə olunur (maddə 39);
VI turun “Qarabağ-2” – “Neftçi” oyununun ikinci hissəsinin əlavə vaxtında “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün "Qarabağ-2" komandası 80 manat cərimə olunur (maddə 51.2).