UEFA Avropa Liqasının rəsmi "Twitter" səhifəsindəki qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ən yaxşılar arasında "Qarabağ" da yer alıb.
"10-luq"da son 5 oyununa qələbə qazanan "köhlən atlar" ilk "4-lük"də göstərilib.
Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Ağdamlılar keçirdiyi son 5 qarşılaşmanın hamısında qələbə əldə edib.
📈 In-form Europa League teams 👀
— UEFA Europa League (@EuropaLeague) October 11, 2022
ℹ️ Based on league and Europa League results only@Swissquote | #UELformguide | #UEL pic.twitter.com/ZdWGfsdBLp
Qeyd edək ki, "Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək.
Emin