Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında çıxışlarını başa vurublar.
Fanat.Az xəbər verir ki, ölkənin mundialdakı 11 təmsilçisindən ikisi medal qazana bilib. 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov, 100 kiloqram çəkidə isə Zelim Kotsoyev bürünc mükafata sahib çıxıblar.
Bu nəticə ilə ölkəmiz hazırda ümumkomanda hesabında 13-cü yerdə qərarlaşıb.
Yaponiya 5 qızıl, 3 gümüş, 2 bürünc medalla liderdir. Braziliya (2-0-1) ikinci, Özbəkistan (2-0-0) üçüncüdür.
Bu günə kimi mundialda medalları 24 ölkənin idmançıları qazanıb.
Qeyd edək ki, yarışa oktyabrın 13-də yekun vurulacaq.