"Real Madrid" UEFA Çempionlar Liqasında rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, İspaniya klubu buna Ukrayna "Şaxtyor Donetsk"inə qarşı (1:1) qrup mərhələsinin IV tur oyununda nail olub.
Madrid təmsilçisi tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. "Real Madrid" iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır.