UEFA Avropa Liqasının qrup mərhələsinin IV turuda keçiriləcək “Qarabağ” - “Olimpiakos” (Yunanıstan) oyununa daha 2000 bilet satışa çıxarılır.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Azarkeşlər həmin biletləri bu gün iticket.az saytından və kassalardan əldə edə bilərlər.
Onu da qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" matçına artıq 29 min bilet satılıb.
Xatırladaq ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).
Qeyd edək ki, oktyabrın 13-ü keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
Röya