Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq "Olimpiakos" Bakıya yola düşüb.
Fanat.Az xəbər verir ki, Pirey təmsilçisi bu gün səhər saatlarında Azərbaycanın paytaxtına üz tutub.
Avropa səyahətinin davam etdirmək istəyən və bu üzdən "Qarabağ"la ikinci matçdan qalib ayrılmağı hədəfləyən “qırmızı-ağlar” günorta saatlarında Bakıda olacaqlar.
Saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Olimpiakos”un baş məşqçisi Xose Miçelin mətbuat konfransı, bundan yarım saat sonra isə rəqib komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Qeyd edək ki, oktyabrın 13-ü keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.