"Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero komandanın "Makkabi Hayfa"ya qarşı oyununu (0:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında Turin təmsilçisinin əsas problemlərinin sadalayb:
“Yuventus" haqqında müsbət söz tapmaq çətindir. “Makkabi” ilə oyuna pis başladılar. Rəqibə sərbəst zonalar buraxdılar. İlk hissədə “Yuve” demək olar ki, heç nə etmədi. Komanda kifayət qədər aqressiv oynamadı və bütün duelləri uduzdu. Əvəzetmələr sayəsində nəsə etməyə çalışdılar, amma alınmadı. Komandanın psixologi və fiziki cəhətdən aşkar problemləri var. Hansı k, onları həll etmək o qədər də asan deyil".
Qeyd edək ki, "Yuventus" ÇL-in qrupunda keçirdiyi 4 oyundan 3-də uduzub.
Mirağa