15:40 12.10.2022 815

\"Tərlan Əhmədovun gəlişindən sonra çox şey dəyişib\" - AÇIQLAMA

"Kəpəz" Misli Premyer Liqasının X turu çərçivəsində öz meydanında "Neftçi"ni qəbu edəcək.

Gəncə klubunun yarımmüdafiəçisi Tural Rzayev Fanat.Az-a açıqlamasında Tərlan Əhmədovun komandaya baş məşqçi gəlişindən sonrakı dəyişikliklər və əzəli rəqib "Neftçi" ilə oyuna hazırlıq barədə danışıb:

"Baş məşqçi dəyişikliyindən sonra komandada irəliləyiş oldu. Tərlan Əhmədovun gəlişindən sonra hər bir sahədə yaxşılığa doğru dəyişiklik hiss olunur. Klubun ab-havasında, futbolçulara qarşı olan münasibətdə bu nəzərə çarpır. Əhmədovun rəhbərliyi altında məşq proseslərimizdə də irəliləyiş var. Çalışmalarımız daha intensiv və maraqlı keçir. Oyunumuz da fərqlidir. Keçirdiyimiz qarşılaşmaları izləyən azarkeşlər bunu dərhal hiss edir. Əvvəllər biz oyunu müdafiədən qururduqsa, indi belə deyil. Bu gün Gəncədə topa nəzarət etməyə can atan, cəsarətlə irəliyə çıxmaq istəyən, hücuma meyl göstərməyə çalışan, baxımlı futbol oynamaq istəyən komanda görürük. Tərlan müəllimin gəlişindən sonra çox şey dəyişib. Sözsüz ki, hər şeyi tam olaraq qaydasına salmaq üçün zaman tələb olunur. Ardıcıl 6 oyun məğlub olmuşduq, Klubun daxilində ümumi əhval aşağı idi. Oyunçularda daha çox neqativlik hiss olunurdu. Yəni belə bir komandanı götürüb çalışdırmaq bir az spesifik yanaşma tələb edir ki, Tərlan Əhmədovda da bu alınır. Bir daha qeyd edim ki, bizə zaman lazımdır. Əminəm ki, mərhələli şəkildə, hər oyundan-oyuna daha yaxşı vəziyyətə gələcəyik".

Qarşıda bizi "Neftçi" ilə oyun gözləyir. Bildiyiniz kimi, bu, tarixi derbidir. "Kəpəz" və "Neftçi" matçı həm də Gəncə ilə Bakı şəhərlərinin yarışıdır. Azərbaycanın iki ən köklü klubunun qarşılaşmasıdır. Uzun fasilədən sonra bu mövsüm Premyer Liqada ilk dəfə ev oyunu keçirəcəyik. Əlamətdar olacaq. İlk dəfə ev oyunu keçirəsən və rəqib "Neftçi" ola... Maraqlı oyun olacağına şübhə etmirəm. Derbinin Gəncədə olması və ilk ev oyunu faktı azarkeşlər kimi futbolçulara da yüksək motivasiya verir. Gəncəli tərəfdarlar sevinir ki, komandaları doğma meydanda oynayır, biz də sevinirik ki, öz azarkeşlərimiz qarşısında çıxış edirik". 

Komanda olaraq oyunun məsuliyyətini dərk edirik. Biz yaxşı bilirik ki, bu oyunda qələbə həm bizim üçün, həm də Gəncə azarkeşi üçün vacibdir. Bütün bunları nəzərə alaraq hazırlığımızı yüksək səviyyədə davam etdiririk. Məşqçilərin bütün tapşırıqlarının öhdəsindən yüksək səviyyədə gəlməyə çalışırıq. Bizdən tələb olunanları maksimum yerinə yetirib ciddi şəkildə oyuna hazırlaşırıq. İnanıram ki, həqiqətən derbiyə yaraşan bir oyun olacaq. Təbii ki, Gəncə azarkeşləri də bu matça rəng qatacaqlar". 

Qeyd edək ki, "Kəpəz" - "Neftçi" matçı 16 oktyabr, saat 15:00-da keçiriləcək. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X