“Səbail” yayda yollarını ayırdığı qapıçı Elxan Əhmədovu yenidən kluba cəlb edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, müqaviləsinin müddəti yayda başa çatan 29 yaşlı qolkiper karyerasını bitirərək məşqçiliyə başlayıb.
O, "gəmiçilər"in akademiyasında çalışacaq.
Qeyd edək ki, Elxan Əhmədov "Bakı" klubunun yetirməsidir. O, həmçinin "Lokomotiv-Biləcəri"də çıxış edib. U-21-in sabiq üzvü 2017-ci ildən "Səbail"də çıxış edirdi.
Mirağa