PSJ-nin baş məşqçisi Kristof Qaltye hücumçu Kilian Mbappenin gedəcəyi bağlı yayılan iddialara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Le Parisien" fransalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mbappe gedir? Zarafat edirsiz? Mən təəccüblənirəm. Bu şayiədir. Bu söz-söhbətin matçın başlamasına 4-5 saat qalmış çıxdığı üçün mənim sual vermək hüququm var. Bu söz-söhbət kimin üçündür? Mənə bu sualı verməmişdən bir özünüzdən soruşmusunuz?".
Xatırladaq ki, ötən gün UEFA ÇL-in qrup mərhələsi çərçivəsində PSJ öz meydanında "Benfika" ilə 1:1-lik heç-heçəyə razılaşıb.
Emin