Qadın voleybolçular arasında Polşa və Niderlandda keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımfinalda ABŞ-ı 3:1 (25:21, 25:20, 17:25, 25:23) hesabı ilə yenən Serbiya millisi həlledici görüşə vəsiqə qazanıb.
Digər yarımfinal görüşü oktyabrın 13-də İtaliya və Braziliya milliləri arasında olacaq.
3-cü yer uğrunda və final görüşləri isə oktyabrın 15-də keçiriləcək.