"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə aşkar üstün olsa da, çoxsaylı qol imkanlarını dəyərləndirə bilməyib. Beləliklə, matç başladığı kimi, 0:0 hesablı heç-heçə bitib.
"Qarabağ" Pirey təmsilçisi ilə görüşdə qazandığı 1 xal sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edib. Son iki görüşdə “Nant”la “Olimpiakos”u darmadağın edən “köhlən atlar” ardıcıl üçüncü qarşılaşmada qapısını toxunulmaz çaxlayıb.
Qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edəcək. Fransadakı qarşılaşmada meydan sahibləri darmadağına məruz qalıb - 0:4.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
13 oktyabr
"Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) 0:0
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 13. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 10. Abdullah Zubir, 20. Kadi Borges, 77. Ramil Şeydayev, 11. Ovusu Kvabena
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 88. Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
"Olimpiakos": 91. Aleksandros, Pasxalikis, 2. Şime Vrsalko, 74. Andreas-Rixardos Ndoi, 15. Sokratris Papastopulos, 45. Oleq Ryabçuk, 17. Marius Vrusai, 8. Pyer Kyünd-Malonq, 5. Andres Buxalakis (k), 21. Pep Byel, 47. Abubakar Kamara, 18. Xvan İy Jo
Ehtiyat oyunçular: 88. Kostas Dzolakis, 99. Atanasios-Teoloqos Papadudis, 6. Yann Mbila, 12. Marselo, 19. Georgios Masuras, 20. Coş Bouler, 24. Usseynu Ba, 28. Matye Valbuena, 33. Xvan İn Bom, 66. Pap Abu Sisse, 77. Harri Rodriges, 80. Anastasios Sapundzis
Baş məşqşi: Miçel Qonsales
Hakimlər: Kreyq Pouson, Li Betts, İan Hassin, Con Bruks (İngiltərə)
VAR hakimləri: Darren İnqlend, Piter Benkis (İngiltərə)
Hakim-inspektor: Con Skyervold (Norveç)
UEFA nümayəndəsi: Milan Yankoviç (Bosniya və Herseqovina)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: "Frayburq" - 12, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 1.