"WhoScored" internet portalı 2022/2023-cü illər mövsümünün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı oyunçularından ibarət simvolik komandanı təqdim edib.
Fanat.Az xəbər verir ki, turun ən yaxşı oyunçusu 9,7 xalla "Reyncers"lə görüşdə (7:1) iki qol vuran və bir məhsuldar ötürmə verən "Liverpul"un hücumçusu Roberto Firmino olub. İkinci ən yüksək balı (9,6) “Barselona”nın hücumçusu Robert Levandovski alıb. Polşalı futbolçu "İnter"lə oyunda (3:3) dubla imza atıb.
Çempionlar Liqasının 4-cü turunun komandası belədir: