Dünyaca tanınmış "WhoScored" internet portalı 2022/2023-cü illər mövsümünün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun ən yaxşı oyunçularından ibarət rəmzi komandanı təqdim edib.
Fanat.Az xəbər verir ki, turnirdə iştirak edən 32 komandadan cəmi 7 klubun futbolçuları rəmzi "11-liy"ə düşüb.
Onların arasında "Qarabağ"ın iki futbolçusu - Marko Veşoviç və Kadi borges də yer alıb.
Xatırladaq ki, UEFA AL-in qrup mərhələsinin IV turunda "Qarabağ" bu gün öz meydanında Yunanıstanın "Olimpiakos" klubunu qəbul edəcək.
Emin Şəmsiyev