Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışını ümumkomanda hesabında 17-ci yerdə tamamlayıb.
Fanat.Az xəbər verir ki, ölkənin mundialdakı 11 təmsilçisindən ikisi medal qazana bilib. 73 kiloqram çəki dərəcəsində Hidayət Heydərov, 100 kiloqram çəkidə isə Zelim Kotsoyev bürünc mükafata sahib çıxıblar.
Həmçinin Səid Mollayinin (81 kq) beşinciliyi sayəsində ölkəmiz 82 komanda arasında 17-ci olub.
İlk yeri 5 qızıl, 4 gümüş, 3 bürünc medalla Yaponiya tutub. Braziliya 2 qızıl, 1 gümüş, 1 bürünc medalla ikinci, Özbəkistan 2 "qızıl"la üçüncü olub.
Qeyd edək ki, bu gün - mundialın son günündə komanda yarışı keçirilir. Ölkəmiz komanda yarışımda təmsil olunmur.