"Qarabağ"ın futbolçusu Abdullah Zubir Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a danışıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi çox qol şansı yaxalamadıqlarını bildirib: "Eyni komanda ilə ikinci oyunumuz idi. Bu matç bizim üçün daha çətin keçdi. Rəqib bizi yaxşı analiz etmişdi.
Əlimizə düşən azsaylı imkanlardan istifadə etməyə çalışdıq. Amma heç-heçə oldu. Qarşıda daha 2 oyunumuz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".
Almaniya "Frayburq"unun artıq qrupdan çıxdığını xatırladan fransalı vinger ən azı 2-ci yeri tutmağa çalışacaqlarını vurğulayıb: "Bunun üçün isə qrupdakı son iki matçımızı qələbə ilə başa vurmalıyıq".