Ötən gün UEFA Avropa Liqası və Konfrans Liqasında Türkiyənin 4 klubu mübarizə aparıb.
Fanat.Az xəbər verir ki, avrokuboklar tarixində ilk dəfə olaraq dörd türk komandası eyni günü qələbə ilə başa vurub.
UEFA AL-da B qrupunda "Fənərbağça" səfərdə AEK-i (2:1), H qrupunda isə "Trabzonspor" öz meydanında "Monako"nu məğlub edib (4:0).
UEFA KL-in A qrupunda mübarizə aparan "Başakşehir" Latviyanın RFŞ kollektivini (3:0), "Sivasspor" isə G qrupunda səfərdə "Ballkani"ni yenib (2:1).
Emin