"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Şamaxı"yla 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis "CBC Sport"a belə danışıb:
"Oyunun ağır keçəcəyini bilirdik. Süni örtükdə oynamaq çətindir, biz buna öyrəşməmişik. İmkanları dəyərləndirmək baxımından əziyyət çəkirik. İlkin Qırtımovun yoxluğunda Rövlan Muradovu cinaha çəkmişdik.
Heyətimiz geniş deyil. Hər futbolçu bizim üçün dəyərlidir. Rüfət uzun müddətə sıradan çıxıb. Urfan yaxın aylarda fərdi məşqlərə başlayacaq. Ümid edirik ki, bərpa prosesini tez başa vuracaq. İtkilərlə bağlı əlimizdən nəsə gəlmir, rotasiyalar hesabına vəziyyətdən maksimum az itki ilə çıxmağa çalışırıq".