Millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla Plotsk" Polşa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Plotsk təmsilçisi XIII turun görüşləri çərçivəsində evdə Varşava "Legiya"nı qəbul edib.
Matç "Visla"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana yuna start heyətdə daxil olan Anton sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Visla” turnir cədvəlində 24 xalla 2-ci, eyni xalı olan "Legiya" isə 3-cüdür. Sıralamaya 26 xalla "Rakov" (12 oyun) liderlik edir.