Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderlandın I Divizionunda növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda XI turun oyunları çərçivəsində doğma meydanda “Oss”u 2:1 hesabı ilə məğlub edib.
Oyuna start heyətdə çıxan Ozan 57-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Eyndhoven” hazırda 22 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.