Azərbaycan cüdo millisinin 21-23 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi yarışda 13 cüdoçu təmsil edəcək. Onlardan 11-i kişi, 2-si qadındır.
Kişilər: Turan Bayramov, Balabəy Ağayev (hər ikisi 60 kq), Tofiq Məmmədov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlar: Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq).
Qeyd edək ki, turnirdə bu günədək 67 ölkədən 457 cüdoçunun iştirakı gözlənilir.