Belarus çempionatının BATE - "Dinamo Brest" matçının baş hakimi Dmitri Dolya oyun zamanı huşunu itirib.
Fanat.Az xəbər verir ki, bu barədə Borisov klubunun mətbuat xidməti məlumat yayıb.
Hakim xərəkdə meydançadan çıxarılaraq xəstəxanaya aparılıb. Baş hakim rolunda oyunu ehtiyat hakim İlya Lyaşuk bərpa edib.
Qeyd olunub ki, Dmitri Dolya xəstəxanada özünə gəlib və səhhətində ciddi fəsadlar müəyyən edilməyib.
Mirağa