Serbiyanın qadınlardan ibarət voleybol millisi dünya çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, balkanlılar Niderlandın Apeldorn şəhərində keçirilən final görüşündə Braziliya seçməsinə 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə qalib gəlib.
Beləliklə, komanda ikinci dəfə dünya çempionatının qalibi olub. Serblər ilk birinciliyi 2018-ci ildə əldə ediblər.
Üçüncü yer uğrunda oyunda isə İtaliya ABŞ komandasını məğlub edib - 3:0 (25:20, 25:15, 27:25).