"Mançester Yunayted"in 21 yaşlı hücumçusu Meyson Qrinvud polis tərəfindən saxlanılıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, yanvar ayında sevgilisinə qarşı zorlama və təcavüzdə, həmçinin, ölümlə hədələmədə şübhəli bilinərək həbs edilən futbolçu girov müqabilində azadlığa buraxılmışdı.
İngiltərə mətbuatının yazdığına görə, o, bu yaxınlarda qurbanı ilə əlaqə saxlayıb və bununla da həbsdən azad olunma şərtlərini pozub. O, Mançesterdə - Boudondakı evində saxlanılıb.
İngiltərə millisində bir dəfə meydana çıxan Qrinvud məlum ittihamlara görə bu ilin yanvarında "Mançester Yunayted"in heyətində son oyununu keçirib. O, klub tərəfindən "növbəti xəbərdarlığa qədər" komandada oynamaqdan və ya məşq etməkdən uzaqlaşdırılıb.
Bundan başqa, "Nike" onunla sponsorluq müqaviləsini bitirib və "Electronic Arts" futbolçunu FİFA-22 oyunundan uzaqlaşdırıb.
Mirağa