Azərbaycan badmintonçuları Misirin paytaxtı Qahirədə keçirilən “Egypt International 2022” turnirində 2 kateqoriyada bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, qadın badmintonçuların qoşa yarışında mübarizəyə 1/16 finaldan başlayan Fatimə Zəhra-Era Maftuha tandemi turnirin yarımfinalına kimi irəliləyərək bürünc medalı təmin edib. Badmintonçularımız finalın bir addımlığında “Egypt International 2022” turnirinin qalibi, İtaliyanı təmsil edən Martina Corsini-Judiz Mair qoşasına 1:2 (11-21, 21-18, 19-21) hesabı ilə uduzub.
Qarışıq qoşa kateqoriyasında yarımfinala gedən yolda İordaniya, CAR və Fransadan olan badmintonçuları məğlub edərək turnirin bürünc medalını təmin edən Diki Pangestu-Fatimə Zəhra qoşası finala yüksəlmək uğrunda keçirilən görüşdə Tailand təmsilçiləri Ruttanapak Oupzonq-Jhenicha Sudjaipraparat tandeminə 0:2 (13-21, 14-21) hesabı ilə uduzub.
Beləliklə, badmintonçularımız “Egypt International 2022” turnirinin qadınların qoşa və qarışıq qoşa kateqoriyasında bürünc medal qazanıblar.
Sahib