16:23 17.10.2022 446

Ürəyə toxunan ilk toxunuş və ya Gəncə boyda nostalji

"Kəpəz" nəhayət ki, tribunaları qəzalı vəziyyətdə olan Gəncə şəhər stadionunda ilk matçına çıxdı. Bir vaxtlar Nizami yurdunun təmsilçisi ilə "Neftçi"nin duelləri Azərbaycan derbisi statusu daşısa da, meydan sahiblərinin bu dəfə "doğma divarlar arası"nda bakılılara 0:2 hesabı ilə uduzması gözlənilən nəticə kimi qəbul edildi. Hərçənd 62-ci dəqiqədən azlıqda qalan "Kəpəz"in ortaya qoyduğu oyunda ümidverici məqamlar da az deyildi. Uzun fasilədən sonra bəndənizi Gəncəyə aparan səbəb də həm ümumi ab-hava ilə yerində tanış olmaq, həm də didərginliyinə son qoyulan qərb təmsilçisinin necə görünəcəyini canlı izləmək həvəsi idi.

Stadion təəccübləndirmədi

Sovetlər dönəmindənqalma tikilinin nə vaxt sökülərək yenilənəcəyini futbol başbilənləri bilər. Bütün görüntüsü ilə futbol ictimaiyyətinə "bu gündə stadionda elita matçı keçirilməz" mesajı göndərən arenanın müasir yerli standartlara cavab verən nəyi var ki... Jurnalistlər üçün ayrılmış sektorda köhnə və çirkli oturacaqlar, bərbad vəziyyətdəki qəzalı tribunalar, sökülüb dağılmış qaçış cığırı, internet problemi öncədən ehtimal etdiyim mənzərəydi. Yəni xırdalıqlara varmadan vurğulayım ki, bu mənada heç nə təəccübləndirmədi. Heç stadionun elektrik enerjisi ilə təminatı üçün gətirilən generator da...

Tablosuz əvəzləmələr

Əvəzləmələr zamanı dördüncü hakimin əlində elektron tablonun gözə dəyməməsi müəyyən anlamda kəndlərarası rayon birinciliyi atmosferi yaratsa da, əslində hakimlərin sərəncamında belə lövhə var idi. Sadəcə, enerjisi bitdiyi üçün tablo texniki zonanın yaxınlığındakı stulun üstündə elektrik naqilinə taxılmışdı. Fəqət sonadək işə yarayacaq vəziyyətə gətirilməsi mümkün olmadı.

Niyə 3000 azarkeş?

Matçın protokolunda qarşılaşmanı 3000 tərəfdarın izlədiyi qeyd olunub. Elə təxminən bu sayda olardılar... Şübhəsiz, stadiona təşrif buyuran gəncəlilər komandanın öz stadionunda oynamasına görə yetərincə sevincli görünürdülər. Əvvəllər də bu şəhərdə futbol matçları izləmiş stajlı jurnalistlər üçün tribunalardan eşidilən azarkeş atmacaları belə, xüsusi nostalji anlamındaydı. Məlum erməni terroru nəticəsində dağıntılar arasından son anda xilas edilən və Gəncəyə raket zərbəsi zamanı hər iki valideynini itirən uşaqların topa simvolik zərbələri ilə başlayan qarşılaşmanın startının hansı duyğulara meydan verdiyi isə bəlli məsələdir...

Hə, 3000 min yox, bundan heç olmasa, iki dəfə çox azarkeş göprəcəyimə ümidliydim. Ancaq bu say böyük təəssüf hissi ilə məntiqəuyğun hesab etməliyik. Razılaşaq ki, mövsümə uğursuz start verən "Kəpəz"in nəticələri ilə bu matçda olan tərəfdar marağı düz mütənasibdir. Başqa sözlə,  yenilgiləri sıralayan komandadan incik düşənlərin də mövqeyi başa düşülməlidir. 

Alqışlanan rəqib kapitan

Gəncədə futbolu anlayan azarkeşlərin sayı kifayət qədərdir. İstər oyundan əvvəl, istər matçın gedişində, istərsə də final fitindən sonra müxtəlif yaşlı futbol həvəskarları ilə söhbətləşmək imkanım oldu. Ümumi fikir belədir ki, azarkeşlər Tərlan Əhmədovun "Kəpəz"i daha yaxşı səviyyəyə çatdıracağına inanır və ümidlə qış fasiləsini gözləyirlər. Stadiondakıların bir nəfər azlıqda oynamasına baxmayaraq, sonadək mübarizə aparan, meydanın hər qarışı uğrunda döyüşən komandanı dəstəkləməsi buna əyani sübutdur. Yeri gəlmişkən, rəqib olaraq fitə basılan "Neftçi"nin kapitanının -  Emin Mahmudovun oyundan sonra alqışlanması və qarşılıq alması futbol adına maraqlı fakt idi. Qarşılaşmanın ardından Eminin özü də jurnalistlərə açıqlamasında belə münasibətdən yaxşı mənada təəccübləndiyini söyləyərək xoş sürprizlə qarşılaşdığını bildirdi və gəncəlilərə təşəkkürünü çatdırdı.

Yeni baza - Sabaha açılan pəncərə

Stadionun ərazisindəki yeni baza ilə maraqlanmaya bilməzdim. İkisi təbii, biri süni örtüklü 3 meydançadan və adminstativ idarədən ibarət olacaq yeni bazanın tikilişinin davam etdiyini görmək yəqin ki, istənilən futbolsevər üçün xoş reallıqdır. Nə vaxt hazır olacağı əlbəttə ki, dəqiq bilinmir. Ancaq əsas odur ki, infrastruturun formalaşdırmasına doğru atılan real addım, gerçək ümid var.

Bizə Gəncə və Azərbaycan futbolu naminə yeni bazanı sabaha açılan pəncərə və daha çox şey adlandırmaq, araya-ərsəyə gəlməsini səbirsizliklə gözləmək qalır.

Nihat Ağasoy

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
16:09

Bu gün Azrbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X