İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Qızıl top" uğrunda səsvermədə 20-ci olub.
Fanat.Az xəbər verir ki, bu barədə mükafatın sosial şəbəkələrdəki rəsmi səhifəsi məlumat yayıb.
Portuqaliyalı hücumçu ötən mövsüm Premyer Liqada 30 oyuna 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Çempionlar Liqasında 6 dəfə fərqlənib.
Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi bu gün, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.